Dövlət Miqrasiya Xidməti tərəfindən #evdəqal həştəqi ilə növbəti video çarx hazırlanıb
3 Aprel 2020 18:58 SosialKoronavirus (COVİD - 19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan #evdəqal maarifləndirmə kampaniyasını çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən növbəti video çarx hazırlanıb. "OLAYLAR" Xidmətə istinadən xəbər verir ki, DMX video çarxın hazırlanmasında onlara dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlıq bildirib. Evdə qalın, sağlam qalın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31