Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılır
3 Aprel 2020 16:43 SosialAzərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.
FHN-dən "Olaylar"a verilən məlumata görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Xüsusi karantin rejimində texniki baxış müddəti bitən kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31