“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

"Facebook" şirkəti istifadəçilərə "Zoom" kommunikasiya xidmətinin analoqunu - "Messenger"in masaüstü versiyasını təqdim edib. Artıq yeni proqramı "Microsoft Store" (Windows) və "Mac App Store" (macOS) proqram mağazalarından yükləmək olar. Kompüterlər üçün nəzərdə tutulmuş "Messenger" proqramı heç bir məhdudiyyət olmadan yüksək keyfiyyətli səsli və video formatda ünsiyyət qurmağa, faylları paylaşmağa və bildirişləri tənzimləməyə imkan verir.

"Messenger"in masaüstü və mobil versiyaları arasında yazışma avtomatik sinxronlaşdırılır. Həmçinin "gecə rejimi" və animasiyalı GIF fayllar dəstəklənir. Kompüter üçün versiya xidmətə olan yüksək tələbata cavab olaraq istifadəyə verilib. "Facebook"un nümayəndəsi bildirib ki, son ayda "Messenger"in veb versiyasında səsli və videozənglərin sayında 100%-lik artım müşahidə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31