“Mədəniyyət naminə  elm” layihəsi yeni virtual formatda

Konkret sahələrin inkişafında elm və elmi metodların iştirakı artıq müasir dövrün tələbidir. Elmi yanaşmaların geniş tətbiqi, habelə elmi ekspertizanın potensiallarına müraciət konkret sahənin inkişafını surətləndirməklə yanaşı onların aktuallığının qorunmasına da xidmət edir. Bu gün dünyada müşahidə olunan pandemiya fəlakəti ümumiyyətlə dövlətlərin davamlı inkişafının təmin olunmasında elmin əhəmiyyətini strateji statusa qədər artırmış olur. 

Olaylar. az bildirir ki, ​Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsində elmi potensialın iştirakının artırılmasına, sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə, habelə təhlil və mütaliə vərdişlərin formalaşmasına xidmət edən "Mədəniyyət naminə elm" layihəsini iki ildən artıq bir müddətdə reallaşdırmaqdadır. Bugünədək seminar 40-dan çox ali təhsil, elmi, mədəniyyət müəssisələrində, muzey və ev-muzeylərində baş tutaraq 5000 nəfərlik auditoriyanı əhatə etmişdir. Layihənin icraatı çərçivəsində 9 yerli, 7 xarici cəmi 16 elm, təhsil və mədəniyyət müəssisələri ilə müqavilə bağlanmışdır. 

​Ölkəmizdə yaranmış mürəkkəb vəziyyətini nəzərə alaraq, habelə əhalinin sosial təcrid şəraitdə evlərindəkeçirdikləri zamanı məna və maraq ilə doldurulması məqsədilə   Mərkəz "facebook" və digər sosial şəbəkələr vasitəsi ilə, müxtəlif maraqlı və aktual mövzulara həsr olunmuş yerli və xarici tanınmış alimlərin mühazirələrini ictimaiyyətə təqdim edir.

​Virtual formatda davam edən "Mədəniyyət naminə elm" layihəsi çərçivəsində milli-mənəvi sərvətlərinqorunması, fəlsəfə, mədəniyyət və ailə, bədii təhsil və müasir tendensiyalar, Azərbaycan mədəniyyətin tarixi, abidələr, mədəniyyət siyasətinin xüsusiyyətləri, ədəbiyyat, mədəniyyətin təbliği, milli mədəniyyətin təbliğində gənclərin rolu, kreativ səriştələr və digər maraq doğura biləcək mühazirələr ictimaiyyətin diqqətinə təqdim olunacaqdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, təqdim ediləcək mühazirələrdən canlı formatında mövzu ilə bağlı açıq müzakirələr də təşkil olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31