Ayurveda elmi COVİD -19 pandemiyası ilə bağlı TÖVSİYYƏLƏRİNİ təqdim edir Gündə bir və ya iki dəfə qızıl süd qəbul edin

Həyat  haqqında elm olan Ayurveda sağlam və xoşbəxt həyat yaşamaq üçün təbiətin bizə bəxş etdiyi nemətləri təbliğ edir. 

Olaylar. az bildirir ki, Ayurveda tərəfindən COVID 19 böhranı zamanı özünə qulluq üçün immuniteti gücləndirən tədbirlər ictimaiyyətə təqdim olunub. 

Covid 19 pandemiyasının yayılmasından sonra bütün bəşəriyyət əziyyət çəkir. Bədənin təbii müdafiə sisteminin (immunitetinin) gücləndirilməsi optimal sağlamlığın qorunmasında mühüm rol oynayır.

Hamımıza məlumdur ki, pandemiyanın qarşısını almaq müalicədən daha yaxşıdır. Hal-hazırda COVID-19 pandemiyasının müalicəsi olmasa belə, bu zamanlarda immuniteti artıran profilaktik tədbirlərin görülməsi məqsədəuyğundur.

Həyat haqqında elm hesab olunan Ayurveda təbiətin bizə bəxş etdiklərini sağlam və xoşbəxt həyatı qoruyub saxlamaqla təbliğ edir. Ayurvedanın profilaktik qulluq haqqında geniş məlumat bazası gündəlik qaydalara dair "Dinaçarya" və sağlam həyatı qorumaq üçün mövsümi qaydalara dair "Rituçarya" anlayışlarından irəli gəlir. Bitkilərdən bəhs edən bir elmdir. İmmuniteti qoruyaraq və gücləndirərək hər bir insanın əldə edə biləcəyi harmoniya və özü haqqında məlumatlılığın sadəliyi Ayurvedachr("39")nın klassik yazılarında əks olunur.

Ayuş Nazirliyi xüsusən tənəffüs sisteminin sağlamlığına istinadla sağlamlığın qorunması və immun sisteminin gücləndirilməsinə dair profilaktik tədbirlər haqqında aşağıda qeyd olunmuş özünə qulluq qaydalarını  tövsiyyə edir. Bu qaydalar Ayurveda ədəbiyyatı və elmi nəşrləri tərəfindən dəstəklənir.

Tövsiyə olunan tədbirlər

I. Ümumi tədbirlər

1. Gün ərzində isti su için.

2. Ayuş Nazirliyinin (#YOGAatHome #StayHome #StaySafe) tövsiyəsi ilə gündəlik ən azı 30 dəqiqə Yogasana, Pranayama və meditasiya ilə məşğul olun.

3. Yeməklərdə sarıkök, zirə, keşniş və sarımsaq kimi ədviyyatlar tövsiyə olunur.

II. Ayurveda tərəfindən immuniteti gücləndirən tədbirlər

1. Səhər 10qm Chyawanprash qəbul edin. Diabet xəstələri şəkərsiz Chyavanprash qəbul etməlidirlər.

2. Gündə bir və ya iki dəfə reyhan, darçın, qara istiot, quru zəncəfil və kişmişdən hazırlanmış bitki mənşəli çay/dəmləmə için. Ehtiyac olarsa, zövqünüzə uyğun təbii şəkər və ya limon suyu əlavə edin.

3. Gündə bir və ya iki dəfə qızıl süd qəbul edin - 150 ml isti südə yarım çay qaşığı sarıkök tozu əlavə edin.

III. Sadə Ayurveda üsulları

1. Buruna tətbiq olunan vasitə - səhər və axşam hər iki burun dəliyinə küncüt yağı, Hindistan qozu yağı və ya ərinmiş yağ tökün.

2. Yağla qarqara terapiyası - Bir qaşıq küncüt yağı və ya Hindistan qozu yağını ağzınıza alın. İçməyin, 2 - 3 dəqiqə ağzınızda qarqara edin. İlıq su ilə yuyun və tüpürün. Bu gündə bir və ya iki dəfə edilə bilər.

IV Quru öskürək / boğaz ağrısı zamanı

1. Gündə bir dəfə təzə nanə yarpaqları və cirə toxumu ilə buxar inhalyasiyası edilə bilər.

2. Öskürək və ya boğaz qıcıqlandığı halda gündə 2-3 dəfə təbii şəkər / bal ilə mixək tozunun qarışığı qəbul edilə bilər.

3. Bu tədbirlər ümumiyyətlə adi quru öskürək və boğaz ağrısını müalicə edir. Ancaq bu simptomlar davam edərsə, həkimə müraciət etmək tövsiyə olunur.

1 Yuxarıda qeyd olunan tədbirlər şəxsin rahatlığı üçün mümkün dərəcədə əməl edilə bilər.

2 Bu tədbirlər fərdin infeksiyalara qarşı immun sistemini gücləndirə biləcəyi üçün ölkədə tanınmış həkimlər tərəfindən tövsiyə olunur.

1.​Padma Şri Terapevt P R Krishnakumar, Coimbatore

2.​Padma Bhushan Terapevt Devendra Triguna, Dehli

3.​Terapevt P M Varier, Kottakkal

4.​Terapevt Cayant Devpujari, Nagpur

5.​Terapevt Vinay Velankar, Thane

6.​Terapevt B S Prasad, Belgaum

7.​Padma Şri Terapevt Gurdeep Singh, Camnagar

8.​Açarya Balkrişna Ci, Haridvar

9.​Terapevt M S Baghel, Caypur

10.    Terapevt R B Dvivedi, Hardoi UP

11.    Terapevt K N Dvivedi, Varanasi

12.    Terapevt Rakeş Şarma, Çandigar

13.    Terapevt Abiçal Çattopadhyay, Kolkata

14.    Terapevt Tanuca Nesari, Dehli

15.    Terapevt Sanceev Şarma, Caypur

16.    Terapevt Anup Thakar, Camnagar

Qeyd edək ki, yyxarıda  qeyd edilən məsləhətlər, COVID 19 pandemiyası üçün müalicə olduğunu iddia etmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31