Muğam Mərkəzi karantin günlərində  yeni onlayn  layihələrə start verir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən martın 14-dən başlayaraq ölkə ərazisində tətbiq edilən sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq bütün mədəniyyət müəssisələri kimi Beynəlxalq Muğam Mərkəzi də konsert və layihələri dayandırıb. 

Olaylar. az bildirir ki, BMM də  karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini  çatdırmağa çalışacaq.

Mütəmadi olaraq müxtəlif  konsert, elmi nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM müvəqqəti olaraq onlayn şəkildə öz Facebook və İnstagram səhifəsindəndən sizlərə mədəni  xidmət göstərəcək. 

BMM-nin təqdim edəcəyi  ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv çağırışlardan ibarətdir.  

İkinci  layihədə əvvəlcədən elan edilməklə qısa olaraq muğam saatı konsertləri təşkil ediləcək.  

Üçüncü layihə isə Beynəlxalq Muğam Mərkəzinin  foyesində büstləri bərqərar olan muğam korifeyləri və muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından mühazirələr təqdim olunacaq. 

Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi  böyük auditoriyaya tanıtmaqdır. 

Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin Facebook və İnstagram səhifələrində veriləcək. Tezliklə sizi layihələrin qrafikləri ilə tanış edəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31