Tahir Mirkişili: “Pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi şərtdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video konfrans vasitəsi ilə onlayn iclas keçirib. "Olaylar" xəbər verir ki, iclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirib ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə bu imkanı yaratdığı üçün təşəkkür edən komitə sədri komitənin üzvlərinə də qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə təşəkkür etdi. Sonra iclasın gündəliyinə salınan 8 məsələnin müzakirəsi aparılıb.  Komitə sədri  gündəlikdə olan məsələlər barədə fikirlərini bildirdikdən sonra çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Məşhur Məmmədov,  Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə qanun layihələri barədə rəy və təkliflərini söylədilər. Müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasında müzakirəsi məqsədə uyğun hesab edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31