Parlamentdə bələdiyyələrlə bağlı illik məruzə dinlənilib

Milli Məclisin  Regional  məsələlər  komitəsinin onlayn iclası keçirilib. "Olaylar" xəbər verir ki, komitə sədri  Siyavuş Novruzov bildirib ki, gündəlikdə iki məsələ müzakirə olunacaq.  Birinci - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələ. Komitə sədri  Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.

İclasda sonra  "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Qanun layihəsi  müzakirəyə təqdim edilib. Fikir mübadiləsindən  sonra hər iki məsələ   Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31