Vətəndaşlar bunu etməsə, marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq - RƏSMİ
2 Aprel 2020 12:51 SosialBu gün Nəqliyyatın İdarəetmə Mərkəzi xəritə üzərində işləyir. Qurumlardan aldığımız məlumatlar əsasında avtobusları xəritə üzərində yerləşdirmişik.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimov deyib.
"Əgər vətəndaşlar qaydalara riayət etməsə, biz müntəzəm marşrut xətlərinin hərəkətini dayandıracağıq. Bununla bağlı operativ qərargaha müraciət edilib", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31