Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30 Mart 2020 14:39 SosialYaşadığımız qlobal proseslər təbii təhdidləri yaradmaqla yanaşı sahələrin qarşısında yeni fəaliyyət formatların müəyyən etməsini tələb edir. Mədəniyyət Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırmaMərkəzi də öz vəzifə funksiyalarının icrasını yeni formatda davam etdirməkdədir.
Olaylar.az bildirir ki, koronavirus (COVID-19) infeksiyanınyayılmasının qarşısının alınması məqsədilə hökuməttərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırdamüxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrinfəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzarmühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərininyerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışıaktuallıq kəsb edir.
Yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, həmçinin Mədəniyyət Nazirliyin mədəniyyətmüəssisələrinin fəaliyyətinin səmərəli təşkili haqqında müvafiq əmrin icrası məqsədilə Mərkəz öz metodiki vəzifələrinin icrası çərçivəsində Nazirliyin və Mərkəzin rəsmi internet resurslar üzrərində "Elektron MədəniKonsaltinq xidmətləri" (EMK) adlı yeni layihəsini təqdimedir. EMK xidmətlər çərçivəsində Mərkəz məsafəli işrejimində müxtəlif səpkili onlayn layihələri reallaşdırmaq niyyətindədir.
Artıq bir neçə təşəbbüs, o cümlədən "Metodikitövsiyələrin elektron təqdimatı", mədəniyyət təzahürlərin açıq müzakirəsi və s. layihələr reallaşdırılmımışdır. Eyni zamanda Mərkəzin əməkdaşları "Evdə qal! Evdə Yarat!"kimi sosial çağrışlara həsr olunmuş müxtəlif televiziya kanalların verilişlərində çıxış etmişdir.
Bundan sonra da Mərkəz tərəfindən onlayn rejimindəmüxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dairmetodiki məsləhətləşmələr, konkret mövzulara həsrolunmuş mühazirələr, o cümlədən tanınmış alimlərin mühazirələri, mədəni konsaltinq, ixtisasartırmamühazirləri, gənc mədəniyyət işçiləri ilə açıq müzakirələr, böhran vəziyyətlərdə mədəniyyət müəssisələrinin idarəolunması üzrə məsləhətərin təqdim edilməsi də nəzərdətutulur.
Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər mövzularını əhatə edərək, Mərkəzinəməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını birüzə vermək imkanı qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük" sözlərini şüar edərək, Mərkəz öncədən təqdim olunacaq cədvələ uyğun olaraq müəssisənin rəsmi internet saytı, "Facebook", "Instagram" səhifələri, "Twitter", "Telegram" və "Youtube"kanal vasitəsilə istifadəçilərə sözügedən layihələri təqdim edəcəkdir.