Deputatdan təklif-Kreditlərin gecikməsinə görə faiz və cərimələr yazılmasın
30 Mart 2020 14:05 Sosial"Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlətin verməsi daha məqsəduyğun olardı"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib. Deputat bununla bağlı dünya təcrübəsində nümunələr olduğunu deyib: "3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31