"ASAN xidmət"dən #məsafəniqoru sosial mesajı

"ASAN xidmət" koronavirus infeksiyası ilə mübarizə  tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib.

Olaylar.az bildirir ki, #məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi  genişləndirilib.

Bu sosial təşəbbüsdə "Ürəklər birdirsə, məsafələr əngəl deyil" mesajı diqqətə çatdırılır.

Bununla da  "ASAN xidmət" vətəndaşları karantin tədbirlərinə əməl etməyə çağırır.

Videoya keçid: https://www.youtube.com/watch?v=uOJbAavBvFU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31