“İstəyirəm ki, həmin bayraqların eksponatları və tikiş maşınımız Tarix Muzeyinə verilsin...”

"Biz anam Sura xanımla birlikdə 14 ədəd bayraq tikib meydana göndərdik, amma 15-ci bayrağı tikməyə yaşıl parçamız çatmadı"Bunu Moderator.az-a açıqlamasında milli azadlıq hərəkatının fəallarından olan, bayraqdar xanım Arzu Şahverdiyeva deyib. A.Şahverdiyeva həm ölkəmizdə, həm də xarici səfərlərində üçrəngli bayrağımızı həmişə təbliğ etdiyini bildirib: "Bu günü bayraqdan xanım kimi bizim ailəmlə birlikdə təntənəli sürətdə qeyd edirəm. Mən çox xoşbəxtdəm ki, ən azından bayrağımızla bağlı tarixdə iz qoya bildim. Bir müddət öncə Tatarıstanın Aqrıs şəhərində səfərdə oldum və orda da tatar xalqına bayrağımız və mədəniyyətimiz haqda məlumat verdim, təbliğ etdim. 1988-ci il noyabrın 20-dən 21-nə keçən gecə 14 ədəd bayrağımızı meydana göndərmək bizim üçün qürur günü idi. O partlayış olmalıydı və bu da oldu. Biz Rusiyanı "yıxıb", öz bayrağımızı dalğalandırdıq. İstəyirəm ki, evdə tikdiyim həmin bayraqların eksponatları və tikiş maşınımız Tarix Muzeyinə verilsin. Biz anam Sura xanımla birlikdə 14 ədəd bayraq tikib meydana göndərdik, amma 15-ci bayrağı tikməyə yaşıl parçamız çatmadı. Bir sözlə, biz adsız qəhrəmanlarıq. Xalqımızı Bayraq Günü münasibətilə təbrik edirəm!". Qeyd edək ki, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. İlk dəfə 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul olunub. İkinci dəfə isə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il fevralın 5-də Respublikamızın Ali Soveti tərəfindən təsdiq edilib. Üçrəngli bayrağımızın xalqa tanıdılmasında bir çox insanların zəhməti olub. Onlar öz həyatlarını təhlükə altına qoyaraq, heç nədən qorxmadan, milli kimliyimizi təsdiq edən bayrağımızı meydana çıxarıb, dalğalandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31