940 dini icma dövlət qeydiyyatına alınıb
Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum dövlət qeydiyyatına alınıb.
8 May 2019 15:49 SosialDini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum dövlət qeydiyyatına alınıb. "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlama Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilib. Bildirilib ki, konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam təmayüllüdür.
Qeyd edək ki, müntəzəm olaraq Dövlət Komitəsində yeni qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr təqdim edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31