Ağacların qorunması məqsədilə göstəriş verilib
Ağacların qorunması məqsədilə göstəriş verilib
8 May 2019 15:05 SosialNizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında yaşıllıq ərazinin
hasara alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan
məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Olaylar.az xəbər verir ki, araşdırma zamanı sözügedən ərazinin ticarət mərkəzinin tikintisi məqsədilə "Təbriz Center" MMC tərəfindən hasara alındığı, lakin ərazidəkimövcud 8 ağacın tikinti altına düşmədiyi müəyyən olunub.
Ağaclar qeydiyyata alınaraq akt tərtib edilib və onların qorunub saxlanılması
məqsədilə "Təbriz Center" MMC-nin rəhbəri Adil Yusifova icrası məcburi
olan "məcburi göstəriş" verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31