Azərbaycan səhiyyəsində ilk

Xəstələrə "Ağıllı xəstə qolbağı" paylanılıb

Mərkəzi Neftçilər Xəstəxanası ölkəmizdə səhiyyə sahəsində yeniliyə imza atıb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, həmin səhiyyə müəssisəsində xəstələrə "Ağıllı xəstə qolbağı" paylanılıb. Həmin qolbağın köməyi ilə həkim planşet vasitəsilə xəstənin xəstəlik tarixçəsinə baxa bilər. Burada xəstənin bütün radioloji, laborator müayinələrinin nəticələri, diaqnozu və onu müalicə edən həkimin adı qeyd edilir. Həmçinin həkim planşetə əlavələrini qeyd edə bilər. Bu texnologiya hazırda Mərkəzi Neftçilər Xəstəxanası ilə müqavilə əsasında çalışan "ESİM Yazılım" şirkətinin "OTOMATIP" Xəstəxana Məlumat Sistemi proqramı vasitəsilə həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31