4 qəsəbədə mobil qeydiyyat xidmətləri göstəriləcək
Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası aprelin 15-dən 19-dək Şamaxıda vətəndaşlara xidmət göstərir.
12 Aprel 2019 15:16 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası aprelin 15-dən 19-dək Şamaxıda vətəndaşlara xidmət göstərir. Kampaniyanın keçirilməsində məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətin vətəndaşın yanında olması, qeydiyyat prosedurlarına olan əlçatanlığın artırılması, qeydiyyatda operativliyin yüksəldilməsidir. Komitədən "Olaylar"a bildirilib ki, mobil qeydiyyat ofisləri aprelin 15-də Şəhriyar qəsəbəsində, 16-da Mədrəsədə, 17-də Əngəxaranda, 18-də Məlhəmdə, 19-da isə Nağaraxana qəsəbəsində olacaq. Kampaniyanın fərqli məkanlarda xidmət göstərməsinin əsas məqsədi bu qəsəbələrə yaxın ərazilərdə yaşayan sakinlərin də xidmətdən rahatlıqla yararlanmasının təmin edilməsidir.