"Bərk məişət və plastik tullantıların idarə olunması"

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarının yerli idarəetmə orqanları nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilib.

Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat Nazirliklərinin təşkilatçılığı

ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi

sahəsində görülən tədbirlərlə bağlı növbəti görüş İsmayıllı, Şamaxı, Ağsu,

Qəbələ və Oğuz rayonlarının yerli idarəetmə orqanları nümayəndələrinin və

sahibkarların iştirakı ilə keçirilib.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı"ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31