Nuşiravan Məhərrəmli: “Özəl kanallar bədii şuralara dırnaqarası baxırlar”

Milli Məclisin Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.

Milli Məclisin  Mədəniyyət komitəsinin aprelin 10-da keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb. "Olaylar" xəbər verir ki, komitənin iclasına sədrlik edən sədr müavini, professor Jalə Əliyeva deyib ki, Yayım Şurasının üzvlüyünə, yəni, 3 yerə 5 şəxsin namizədliyi irəli sürülüb. "Yəni, idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədliklərim irəli sürülüb. Bu şəxslərdən 3 Yayım Şurasının üzvü olmalıdırlar". Millət vəkili eyni zamanda, televiziyanı "sehrli qutu" adlandıraq, bunun hər birimizin həyatına sirayət etdiyini, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyini bildirib.O, həmçinin, bədii şuralar məsələsinə toxunaraq, bunun qaçılmaz olduğunu deyib. Bildirib ki, bu məsələ dövlət başçısının yaradıcı şəxslərlə görüşündə də səsləndirilib: "Artıq AzTV-də bu istiqamətdə addımlar atılıb. İstərdik ki, digər kanallarda da bu məsələ reallaşdırılsın. Bədii şuralar heç də keçmiş senzura, "qlavit" demək deyil və belə olmamalıdır. Bunlar yalnız inkişafımıza müsbət təsir göstərən bir səviyyədə olmalıdır".

Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə ilk öncə bildirib ki, Yayım Şurasının 3 üzvünün vaxtı, müddəti aprelin 19-da başa çatır: "Ona görə həminvaxta kimi, onların yerinə 3 nəfər seçilməlidir". Bədii Şuralar məsələsinə gəlincə, N. Məhərrəmli deyib ki, özəl telekanallar buna laqeyd, dırnaqarası baxırlar:"Onlar bu məsələdə etinasızlıq göstərirlər. Ancaq hesab edirəm ki, onlar bu mövqedən əl çəkməlidirlər. Özəl kanallarda bu gün bayağı, şit verilişlər gedir, insanların zövqləri korlanır. Hesab edirəm ki, özəl kanallar artıq öz proqram siyasətlərinə yenidən baxmalıdırlar". Sonda qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31