Nazirlik yataqxanasındakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb.Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib.Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

SON DƏQİQƏ: Bakıdakı yanğın söndürüldü, 1 nəfər özünü BİNADAN ATDI - YENİLƏNDİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31