Nizami Xudiyev -70

Nizami Xudiyevin 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Aperlin 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli dilçi-alim, tanınmış ictimai-siyasi xadim, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nizami Xudiyevin 70 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə ADPU nun rəhbərliyi, millət vəkilləri, universitet rektorları, YAP və AMEA-nın məsul şəxsləri, media strukturlarının rəhbərləri, ziyalılar, incəsənət xadimləri iştirak ediblər. Tədbirdən öncə yubiley iştirakçıları professor Nizami Xudiyevin əsərləri ilə tanış olublar. Tədbiri giriş sözü ilə açan ADPU nun rektoru, professor Cəfər Cəfərov  professor Nizami Xudiyevi İlham Əliyevin 4 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə təbrik edib, ona elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulayıb.

Rektor qeyd edib ki, bu, həm də universitetimizin kollektivinə verilən yüksək qiymətdir: "Professor Nizami Xudiyev Azərbaycan cəmiyyətində geniş tanınır, yüksək nüfuza malikdir". Böyük alimin həyat və fəaliyyəti barədə ətraflı məlumat verən rektor Cəfər Cəfərov Nizami Xudiyevin həyat və fəaliyyəti barədə məlumat verib.

Daha sonra çıxış edən Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov "Professor Nizami Xudiyevin elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edib: "Nizami Xudiyev dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də professor Nizami Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tətqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına böyük tövhələr verib. Professor N.Xudiyev orta məktəblərin 3,4,5,10,11-ci sinifləri üçün "Azərbaycan dili", 2-ci siniflər üçün "Oxu", ixtisaslaşdırılmış məktəblər üçün" "Azərbaycan dili" və "Аnа dili" dərsliklərinin müəlliflərindəndir. Elmi-kütləvi nəşrlərdə, kütləvi informasiya vasitələrində, müxtəlif jurnallarda 400-dən artıq elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olan "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Тәrсümə ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan ədəbi dili tarixi", "Azərbaycan ədəbi dilinin sovet dövrü", "Heydər Əliyev və Azərbaycan dili", "Xalq və dövlət naminə", "Yazıçı dili və üslubu", "Radio, televiziya və ədəbi dil", "Xalqın tarixi haqqı: dilimiz, varlığımız", "Zamanın axarı ilə" (I-II), "Şəxsiyyət və zaman", "Uğurlu yolun layiqli davamçısı", "ҮАР dünənin, bu günün, sabahın partiyasıdır", "Cənubi Azərbaycanda ədəbi dilimizin dünəni və bu günü", "Qədim türk yazılı abidələrinin dili" və digər fundamental əsərləri N.Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir.

Professor N.Xudiyev onun həyatında mühüm rol oynamış görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş "Professor Ə.Dəmirçizadə dünyası" adlı monoqrafiya hazırlayıb. Monoqrafiyada Ə.Dəmirçizadənin həyatı, yaradıcılığı və elmi-pedaqoji fəaliyyəti haqqında xatirə, düşüncə və mülahizələr öz əksini tapıb.

Görkəmli alimin bir sıra kitab və məqalələri xarici ölkələrdə- İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdə nəşr edilib. Əməkdar elm xadimi, professor N.Xudiyev türkoloq-alim kimi respublikamızda və dünyanın bir çox ölkələrində, həmçinin Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Gülüstan, Alma-Ata, Ankara, İstanbul, Əskişəhər, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən nüfuzlu türkoloji tədbirlərin-qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olub və bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib.

91 vətənpərvər ziyalıdan biri olan professor N.Xudiyev böyük bir məktəb - Heydər Əliyev məktəbi keçib və bu məktəbə sadiq qaldığını dəfələrlə əməli işdə təsdiq edib. Ölkəmizin ən nüfuzlu partiyası olan YAP-ın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə 2009-cu ildə "Şöhrət" ordeni, 2012-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi" döş nişanı, 2013-cü ildə "Ən yaxşı vətənpərvər tədqiqatçı-alim" Qızıl medalı ilə təltif edilib. Bir çox beynəlxalq mükafatlara layiq görülüb, beynəlxalq elmi ictimaiyyət arasında yüksək nüfuza malikdir.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə professor N.Xudiyevə Komitənin yubiley medalını təqdim edib, ona uğurlar arzulayıb.

Yubiley tədbirində iştirak edən baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov qeyd etdi ki, Nizami Xudiyev Azərbaycanın dəyərli ziyallılarından biridir: "Zəngin həyat bioqrafiuasına malik olan professor Nizami Xudiyev

mənalı həyat yaşayıb. Nizami Xudiyev ictimai-siyasi fəaliyyəti ilə bərabər, elm sahəsində də yetərincə uğurlara malikdir. Nizami Xudiyev 70 illik ömür yolunda çoxşaxəli fəaliyyət göstərib".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxışı zamanı qeyd etdi ki,  bu gün 70 illik yubileyini Azərbaycanın dəyərli ziyalıları ilə birgə qeyd eydiyimiz Nizami Xudiyev dəyrli dilçi alim, ictimai-siyasi xadimdir: "AZTV-nin rəhbəri, Milli Məclisin deputatı olduğu zamanda da Nizami Xudiyev Heydər Əliyevin dövlətçilik ideyalarının cəmiyyətə çatdırılmasında fəal iştirak edib. Nizami Xudiyev Azərbaycan ədəbi dil tarixi məktəbinin əsasını qoyub".

Sonda çıxış edən Nizami Xudiyev iştirakçılara təşəkkür etdi.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31