Bakının bu qəsəbələrində su olmayacaq
Bakının bu rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.
10 Aprel 2019 15:15 SosialBakının bu rayonunda suyun verilişində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən verilən məlumata görə, Suraxanı rayonu ərazisində magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar aprelin 10-da gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31