Britaniya şirkəti Ordubadda qiymətli metallar axtaracaq
10 Aprel 2019 14:00 SosialAzərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti Ordubad müqavilə ərazisində geoloji kəşfiyyat işləri üçün bu il 1,84 mln. dollar vəsait sərf etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, bu barədə "Anglo-Asian Mining" şirkəti məlumat yayıb.
Məlumata görə, əlverişli geoloji quruluş Ordubad ərazisində çoxlu porfir mineralları olacağını göstərir.
Ərazidə 2018-ci ilin geoloji iş proqramı 5 504 səth nümunəsini əhatə edib və analizin nəticələrinin 2019-cu ilin II rübündə əldə olunması gözlənilir.
Qeyd edək ki, Ordubad müqavilə sahəsi 462 kvadrat kilometr ərazini əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31