23 milyon manatı oğurlamış insanlar haqqında niyə tədbirlər görülmür?
23 milyon manatı oğurlamış insanlar haqqında hansı tədbirlər görülür?
10 Aprel 2019 13:55 SosialMillət vəkili: "Kimsə 5 min manat oğurlasa ona 5 il iş verirlər"
"Biz sadəcə Hesablama Palatasınını fəaliyyətinə qiymət verməli deyilik. Həm də Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan kimi fəaliyyət göstərməli, hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq. Bu istiqamətdə hökumətlə əməkdaşlıq edək və hökumətdən də soruşaq ki, niyə Hesablama Palatasının tutaq ki, təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb?". "Olaylar" xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkilinin bildirdiyinə görə, Hesablama Palatası bəzi hallarda cinayət xarakterli məlumatlar təqdim edir: "Son hesabatda göstərilir ki, 23 milyon manat dövlət büdcəsinə qaytarılıb. Bu kifayət qədər böyük vəsaitdir. Məsələn, hazırda cəmiyyətdə kimsə 5 min manat oğurlasa ona 5 il iş verirlər. Bəs 23 milyon manatı oğurlamış insanlar haqqında hansı tədbirlər görülür? Bu suala cavab tapmaq lazımdır. Əslində bu da oğurluqdur, üstü açılıb və büdcəyə məcburi qaydada ödətdirilib. Demək istəyirəm ki, bu halda da qanunu pozanlar hansısa məhrumiyyətlərlə üz-üzə gəlməlidirlər. Yoxsa, "oğurlayım, üstü açılsa qaytarıb yerinə qoyaram" yanaşması ilə cinayətkarlığa, qanunu pozanlara qarşı effektli mübarizə apara bilmərik. Hesablama Palatasının hesabatının özünün müvafiq orqanlara göndərməsinə baxmayaraq, biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, həmin qanun pozuntularına hüquqi qiymət verilsin".