Havanı çirkləndirən şadlıq sarayları - SİYAHI
Havanı çirkləndirən şadlıq sarayları
10 Aprel 2019 12:41 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən havaya atılan
tullantıların azaldılması və normalara cavab verməsi məqsədilə
ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların
quraşdırılması üçün kompleks tədbirlər görülüb.
Olaylar.az xəbər verir ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb. Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib. O qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy- qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb: "Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub.
Bunlar "Real", "Golden Ring", "Sonalar Sonası", "Milord", "Həyat",
"Cənnət", "Flaminqo", "Qızıl Buta", "Madonna", "Afrodita", "Oazis", "Qızıl
Tac", "Gold Palace", "Niel", "İdeal", "Şəhanə" və digər şadlıq saraylarıdır ki,
onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə
göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir".
ETSN rəsmisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması
ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli,
filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir.
"Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə
aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu
istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək".