Veloyürüş keçiriləcək - "Az avtomobil, çox həyat”
mumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında Veloparkda veloyürüş keçiriləcək.
5 Aprel 2019 17:24 SosialÜmumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında Veloparkda veloyürüş keçiriləcək.
Olaylar.az xəbər verir ki, Veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq.
7 aprel 2019-cu il tarixində saat 12:00-da keçiriləcək veloyürüşün
məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət
günü ənənəsini təbliğ etməkdir.
Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti,
Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın Azəriqaz İstehsalat Birliyinin
nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin tələbələri iştirak edəcək.