Şair İbrahim İlyaslının şeiri “Kümbet” dərgisində çap olunub
5 Aprel 2019 17:07 SosialAzərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği" layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Mahmud Kaşqari Medalı" laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının "Necəsən?" şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı "Kümbet" eğitim, kültür, sanat ve edebiyat dərgisinin 51. sayısında dərc olunub.
"Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği" layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Kümbet" və "Usare" dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, "Gəncəbasar" bölgəsinin rəhbəri, "Nəsr" bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən "Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək" layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən "Kardelen" (Bilecik şəhəri), "Hece Taşları" (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərinə göndərilmişdi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
Böyük öndər Məhəmmən Əmin Rəsulzadənin
"Azərbaycan şairi Nizami" kitabı gün üzü görüb

"Kitab Klubu" tərəfindən Şərqdə ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və banisi, böyük öndər, Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist Məhəmmən Əmin Rəsulzadənin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunmuş "Azərbaycan şairi Nizami" kitabı 450 səhifə həcmində, 100 tirajla gün işıq görüb.
"Koroğlu" eposunun yeni nəşri gün üzü görüb

"Kitab Klubu" tərəfindən "Şifahi xalq ədəbiyyatının ən parlaq nümunəsi" seriyasından yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri- qəhrəmanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqsevərlik kimi ən ali hissləri özündə məcləşdirən "Koroğlu" eposu 600 səhifə həcmində gün üzü görüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən, 2005-ci ildə "Lider" Nəşriyyatı tərəfindən "Müasir Azərbaycan ədəbiyyatı" seriyasından "Azərbaycan dastanları" beşcildliyinin dördüncü cildində "Koroğlu" dastanı kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.
Klassik Azərbaycan şairi İmadəddin Nəsiminin "Həqq məndədir"
adlı yeni şeirlər kitabı işıq üzü görüb

"Kitab Klubu" tərəfindən "Klassiklərim" seriyasından Orta dövr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri, Anadilli fəlsəfi şeirin-qəzəlin müəllifi, Hürufizmin mücahidlərindən klassik Azərbaycan şairi Seyid Əli İmadəddin Nəsiminin "Həqq məndədir" (Seçilmiş əsərləri) adlı yeni şeirlər kitabı 378 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən, 2004-cü ildə "Lider" Nəşriyyatı tərəfindən "Klassik Azərbaycan ədəbiyyatı" seriyasından "Seçilçiş əsərləri"nin ikicildliyi kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.
Tatarıstanın Xalq şairi Razil Vəliyevin "Payız yağmurları"
adlı yeni şeirlər kitabı işıq üzü görüb

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) "Qardaş xalqlar ədəbiyyatı. Ustadlar" silsiləsindən "Xan" Nəşriyyatı tərəfindən Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı, görkəmli ictimai və dövlət xadimi Razil Vəliyevin "Payız yağmurları" adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Layihə rəhbəri və baş redaktoru Azərbaycanda ATATÜRK Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalıdır.
Tatarıstanın Xalq şairi Razil Vəliyevin şeirlərini rus və tatarcadan dilimizə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış şair-publisist Həyat Şəmi çevirib. Məsləhətçiləri Azərbaycanda ATATÜRK Mərkəzinin direktoru, filologiya elmləri, professor, akademik, Əməkdar elm xadimi, Milli Məclisin üzvü Nizami Cəfərov, Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə Milli Məclisin deputatları Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.
Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.