Sumqayıt sahibkarları mağazalarını geri istəyirlər - Aksiya
Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Şərq bazarı” kimi tanınan yerdə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətə etiraz olaraq həmin ərazidə aksiya keçiriblər.
5 Aprel 2019 17:01 SosialSumqayıt şəhəri, 9-cu mikrorayonda "Şərq bazarı" kimi tanınan yerdə obyektləri sökülən 66 sahibkar onlara göstərilən laqeyd münasibətə etiraz olaraq həmin ərazidə aksiya keçiriblər.
Olaylar.az xəbər verir ki, "Şərq bazarı" sahibkarları mağazalarını geri istəyirlər.
Sumqayıt icra hakimiyyətinə yollanan aksiya iştirakçılarını icra başçısı qəbul edib.
İcra başçısı Zakir Fərəcovla görüşdə mövcud vəziyyət müzakirə olunub və ərazidə tikinti işlərinin aparılması istiqamətində ümumi şifahi razılıq əldə olunub.
İcra başçısı konkret olaraq sahibkarlara bildirib ki, 1 may tarixinə qədər ərazidə ticarət mərkəzinin tikintisinin başlanılması üçün müvafiq sərəncam verəcək.
Sahibkarlar deyilən vaxta qədər gözləməyə qərar veriblər.