“Kütləvi çıxarış” kampaniyası Şamaxıda

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 5-də Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsində "Kütləvi çıxarış" kampaniyası keçirilib. Komitədən "Olaylar"a bildirilib ki, həmin qəsəbədən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların əksəriyyəti pay torpaqlarına, o cümlədən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Kampaniya ilə qeydiyyat xidmətləri ahıl və fiziki məhdudiyyətli sakinlərin birbaşa evlərində göstərilib. Bu dövlət tərəfindən hər bir vətəndaşa göstərilən sosial dəstəyin və qayğının nümunəsidir.

Nəzərə alsaq ki, mövsüm ilə bağlı kəndlinin əkin-biçin işləri artır bu onların sahələrdə, tarlalarda daha gərgin rejimdə işləməsi deməkdir. Odur ki, kəndlilərin  əmlaklarına dair çıxarışları elə ünvanlardaca rahat əldə etməsi onların uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyatı qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir. Həmin gün 50-ə yaxın vətəndaşdan çıxarışla əvəz olunması üçün ilkin sənədlər də toplanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31