Hesablama Palatası parlamentdə hesabat verəcək
5 Aprel 2019 13:11 SosialMilli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi bəlli olub. "Olaylar" xəbər verir ki, gündəliyə 19 məsələ daxildir. Aprelin 9-da həm də Hesablama Palatasının hesabatı təqdim olunacaq. Bundan başqa gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən "Gömrük taarifi haqqında", "Fitosanitar nəzarəti haqqında", "Balıqçılıq haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "İctimai iştirakçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyaları haqqında", "Avtomobil yolları haqqında" və digər qanunlara dəyişikliklər daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31