Ziyad Səmədzadə: Elə ciddi problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq
Millət vəkili Ziyad Səmədzadə Hesablama Palatasının illik hesabatanın müzakirəsi zamanı mühasibat uçotunun çox vacib məsələ olduğunu bildirib
5 Aprel 2019 13:04 SosialMillət vəkili Ziyad Səmədzadə Hesablama Palatasının illik hesabatanın müzakirəsi zamanı mühasibat uçotunun çox vacib məsələ olduğunu bildirib. Qeyd edib ki, bu sahədə elə ciddi problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı xüsusi Dövlət Proqramı hazırlanmalıdır: "Mən də səsləndirilən iradlarla razıyam. Hesab edirəm ki, bu məsələyə, bu sahəyə ciddi diqqət yetirilməlidir. Hətta, belə düşünürəm ki, bu yöndə müvafiq dinləmələr də keçirilməlidir. Bu məsələ üzərində də düşünməyə dəyər. Çünki dediyim kimi, xüsusilə yerlərdə, bu sahədə elə ciddi məsələlər, problemlər var ki, bu gedişlə onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq".