AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogi kakafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin  Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli İmadəddin Nəsiminin yaradıcıcılığına nəzər salıb.  S.Əhmədli şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və  daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Sonra söz M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru  Paşa Kərimov və  AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru,görkəmli ədəbiyyatşünas alim,  professor Vüqar Əhmədə verilib. Qonaqlar Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsimininzəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Sonda VI muğam müsabiqəsinin Qran Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında  Nəsiminin qəzəllərinə  yazılmış musiqi parçaları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31