Bakıda otel rəhbərinin müəmmalı şəkildə öldüyü qeyd edilir.Bu barədə yazan "Qafqazinfo" bildirir ki, Nərimanov rayonunda yerləşən "Golden Shayn" otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31