Mehman Hüseynovun azad olunacağı dəqiq tarix açıqlandı

Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

"Konstitusiya" Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev   bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq".

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31