Qripə niyə heyvan adları qoyulur? – Baş epidemioloq-VİDEO
28 Fevral 2019 05:07 SosialNiyə ölkəmizdə də aşkarlanan H1N1 virusuna "donuz qripi" demirik?
İstər "donuz qripi", istər "quş qripi", istər insan qripi olsun, hansı adı verirlərsə versinlər, xəstəliyin bir törədicisi var. Bu da virusdur. Sadəcə, yerdən asılı olaraq, həmin "donuz qripi" deyilən qrip Meksikada, fermada donuzdan yoluxub və ona görə də belə adlandırılıb. Amma törədici H1N1 virusudur. Yaxud 1968-ci ildə İranda keçirilən parazitoloqların qurultayından bir müddət sonra həkimlər arasında xəstələnmə olub.
Aydınlaşdırılıb ki,Hon-Konqdan gələn 3 həkim yoluxmaya səbəb olub. Həmin vaxt da buna "Hon-Konq qripi" adı qoyublar. Yaxud "ispan qripi" var. Vaxtı ilə 20 milyondan artıq insan bu qripdən tələf olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31