Beynəlxalq Multkultural Şəbəkə Türkiyədə AXC-nin 100 illiyi münasibətilə tədbir keçirib

Azərbaycanın Beynəlxalq Multikultural Şəbəkəsi Türkiyə fəaliyyəti çərçivəsində  ölkənin İzmir şəhərində yerləşən İzmir Katip Çelebi Universitetində   Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elmi- praktiki konfrans keçirib. Tədbir Beynəlxalq Multikultural Şəbəkənin təsisçisi və rəhbəri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent  Ülviyye Sanılı Aydının təşkilatçılığı ilə təşkil olunub.

Bu barədə "OLAYLAR"-a məlumat verən Beynəlxalq Multikultural Şəbəkənin Xarici Əlaqələr Departamentinin rəisi Günay Həsənli deyib ki, İzmir Katip Çelebi Universitetinin müəllim , tələbələrinin, eyni zamanda  İzmirdə yaşayan azərbaycanlı həmvətənlərimizin iştirakı ilə keçirilən "100-cü İlində Azərbaycan Demokratik Respublikası"  adlı  konfransda Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri Xəyalə Məmmədova çıxışında   1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin  baş verməsi,  Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulması,cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyması siyasi,iqtisadi, mədəniyyət kimi sahələrdə göstərdikləri fəaliyyətləri ilə bağlı geniş məlumat verib.  Şəbəkənin  elmi-mütəxəssisi Günay Məmmədli  ADR-in dövründə təhsil və səhiyyə sahəsində hokumətin geniş fəaliyyəti və bu istiqamətdə qurduqları xarici əlaqələrlə bağlı  konfrans iştirakçılarını məlumatlandırıb.

İzmir Katip Çelebi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin professoru  Mehmet Bülent Uludağ və Fəlsəfə elmləri Doktoru Haktan Birsel də öz çıxışlarında o dövrdə Türkiyə-Azərbaycan münasibətlərinə, ADR-in yaranmasının   Türk - İslam dünyası üçün nə dərəcədə əhəmiyyətli olmasından geniş məlumat  verərək, 1991 - ci ildə yenidən  mütəqillik əldə edən  ölkəmizin müasir beynəlxalq aləmdəki geosiyası mövqeyi ilə bağlı məlumat veriblər.

Konfransın ikinci hissəsində İzmirdə yaşayan  həmvətənlərimizdən, bəstəkar pianist, Dokuz Eylül Universitetinin Dövlet Konservatoriyasının müəllimi Nərminə Zeynalova Özlük AXC dövründə incəsənət  sahəsində əldə edilən nailiyyətlərlə bağlı  məlumat verib, Kemale Serçe, Zemine Yalçın, Nigar İsmayılova ilə birlikdə Azərbaycanın tanınmış bəstəkarları Üzeyir Hacıbəyov, Qara Qarayev və Asəf Zeynallının əsərlərindən ibarət təşkil etdikləri  konsert təqdim olunub.

Konfransın sonunda elmi-konfrans üçün ADR-in 100 illiyi ilə bağlı Beynəlxalq Multikultural Şəbəkə tərəfindən özəl hazırlanmış videonun təqdimatından sonra Beynəlxalq Multikultural Şəbəkənin  rəhbəri Xəyalə Məmmədova  və şəbəkənin Türkiyə üzrə rəsmi təmsilçisi Dosent  Ülviyye Sanılı Aydın elmi-konfransa dəstək göstərən iştirakçıları  Beynəlxalq Multikultural Şəbəkənin Diplomları ilə təltif ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31