Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı - Ölən və yaralananlar var
8 Oktyabr 2018 11:38 SosialQəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.
Olaylar.az Report-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.
Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yan ğın zamanı bir nəfər ölüb iki nəfər yaralanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31