Xəstə yatağında olan xanəndə kövrəldi: “Əməliyyata girməkdən çox qorxuram”
7 Oktyabr 2018 16:01 SosialXəbər verdiyimiz kimi xanəndə, əməkdar artist Sevinc Sarıyeva ayağını sındırıb.
Milli.Az-a açıqlama verən, xanəndə bildirib ki, əməliyyata hazırlaşır:
"Bir-iki günə əməliyyata gedəcəyəm. Sözün düzü heç istəmirdim ki, əməliyyat olunum, çünki qorxuram. Ayağım çox pis yerdən sınıb. Əməliyyatın adı ağırdır. Evdə yataq şəraitində müalicəmi davam etdirirəm. Sağ olsun bacılarım, qohumlarım, sənət yoldaşlarım yanıma gəlib-gedirlər. Hələ bir müddət yəqin ki, səhnəyə çıxa bilməyəcəyəm", - deyə əməkdar artist bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31