Bakıda bəzi avtobuslarda “Wi-Fi” quraşdırıldı – qoşulma qaydası (Foto)
7 Oktyabr 2018 14:36 SosialBakıda sərnişindaşıma xidmətində yenilik edilib.
Bu barədə "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, şirkətin istismarında olan və nömrələri aşağıda qeyd edilmiş 3 ədəd "İsuzu Citiport" markalı avtobuslarda "Free Wi-Fi" adlı yeni "wi-fi" cIhazı quraşdırılıb.
İnternetə qoşularkən telefonunuzun ekranına çıxacaq bu formanı dolduraraq pulsuz internetdən istifadə edə bilərsiniz.:
- 99-JP-515 - 18 saylı marşrut xətti;
- 99-JM-355 - 65 saylı marşrut xətti;
- 99-JP-535 - 85 saylı marşrut xətti.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31