Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi baş verib.
Olaylar.az-in FHN-ə istinadla verdiyi məlumata görə, ümumi sahəsi 65 m² olan tikilinin (məişət cihazlarının təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 45 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31