Göygöldə baş verən ağır qəza ilə bağlı RƏSMİ MƏLUMAT

FHN Göygöldə baş verən qəza ilə bağlı məlumat yayıb.

Olaylar.az  FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonunda "Shacman" markalı yük avtomobili 2 nəfərin üzərinə aşıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Reqional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun meyitlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31