Nəsimi rayonunda Müəllimlər günü münasibəti ilə tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətində  Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri  keçirilib. Rayon İcra Halimiyyətindən "Olaylar2a verilən məlumata görə, tədbiri giriş sözü ilə  açan  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmış,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  son illər  respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan  addımlar,  Azərbaycan təhsilinin inkişafında  xüsusi xidmətləri   olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  gördüyü işlər və ötən  təhsil ilində rayonun təhsil müəssisələrinin

Natiq qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır.  Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla dava etdirən Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır.   Hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunmuşdur. Tədbir incəsənət nümayəndələrinin iştirakı ilə davam etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31