Səyyar ASAN xidmət davam edir

Oktyabrın 6-dan etibarən Səyyar ASAN xidmət çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 6 oktyabr - 3 noyabr Tovuzda, 6 -20 oktyabr Ağdam,Cəlilabadda, 6-25 oktyabr Hacıqabul rayonlarında səyyar formada xidmətlər həyata keçiriləcək. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtobuslar vasitəsi ilə  abonentlərə tam şəkildə "ASAN Kommunal" standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

İstehlakçılar bu layihə çərçivəsində Müqavilələrin bağlanması, Sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, Borc və ödəniş barədə arayışların verilməsi, Abonent məlumatlarında dəyişikliklərin edilməsi,Zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar ASAN xidmətin həyata keçirilməsində əsas məqsəd "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31