Bilik Fondu Belarus səfirliyi ilə əməkdaşlığa başlayır

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin baş müşaviri Mixail Karaçun və səfirliyin birinci katibi, konsul İnessa Pavlovskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.

Olaylar.az bildirir ki, fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən diplomatlara Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verilib.

İcraçı direktor beynəlxalq əməkdaşlıq çərçivəsində Fondun gördüyü işlərdən danışaraq, bu günə qədər ölkəmizdəki bir çox səfirlik və diplomatik nümayəndəliklərin təmsilçiləri ilə əlaqələr qurulduğunu, müxtəlif məzmunlu birgə tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Qonaqlar dünyanın ən böyük kitabxanaları sırasında Belarus Milli Kitabxanasının özünəməxsus yeri olduğunu vurğulayaraq, 8 milyondan çox kitabın saxlandığı elektron kitabxana ilə ədəbiyyat mübadiləsi aparılmasını təklif ediblər.

Sonda Bilik Fondu ilə Belarus Respublikasının Azərbaycandakı səfirliyi arasında fəaliyyət planının imzalanması ilə bağlı razılıq əldə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31