500 manat məbləğində cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu Nərimanabad kəndi ərazisində fəaliyyət göstərən avtomobillərə texniki xidmət məntəqələrində formalaşan müxtəlif mənşəli tullantıların qalaqlanaraq yandırıldığı aşkar edilib.

Faktla bağlı məntəqələrin sahibləri Sabirabad rayon sakinləri Fəqan Ağazadə, İmaməli Həsənov, Ulduz Kərimov və Mahir Bağırov barəsində protokollar  tərtib olunub.

Təqsirkarların hər biri inzibati qaydada 500 manat məbləğində cərimə edilib və tullantıların qısa müddət ərzində təmizlənməsi üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş" lər verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31