Şamaxı Astrofizika Rəsədxanasına giriş bir həftə pulsuz olacaq

Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) bir həftəlik "açıq qapı" günü elan edib.

Rəsədxanadan  verilən məlumata görə, oktyabr ayının 4-10-da rəsədxanaya giriş pulsuz olacaq.

Hər il 90-dan çox ölkədə Ümumdünya Kosmos Həftəsi layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilir. Azərbaycan bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir. Bu tədbirlərə Şamaxı Astrofizika Rəsədxanasında və Tusi-Bohm Planetariumda açıq qapı günləri, film təqdimarları, tanınmış astronomlarla görüşlər və s. daxildir.

Xatırladaq ki,  1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin ("Sputnik-1") orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar, BMTBaş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul edib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31