Nazir Azad Rəhimov vətəndaşlarla görüşəcək
4 Oktyabr 2018 16:12 SosialGənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, H.Əliyev prospekti 242, RİH ilə üzbəüz) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müfaviq rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31