Gülay Zeynallı efirdə ağladı: “Çox zəif biriyəm”
4 Oktyabr 2018 15:20 SosialMüğənni Gülay Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Ağayevanın müdafiəsinə qalxıb.
"Bizimləsən" verilişinə gələn ifaçı aktrisanı qınayanlara səslənərkən, göz yaşlarını saxlaya bilməyib:
"Ola bilər, kənardan güclü xanım kimi görsənə bilərəm, amma çox zəif biriyəm. İnsanların dərdinə dözməyə məndə ürək yoxdur. Mən Tünzaləni belə görməyə öyrəşməmişəm. Çünki biz el şənliklərində, toyda tez-tez rastlaşırıq, o, anaların, bacıların əlinə xına yaxmaq üçün bu həyata gəlib.
Allah sənin balanı xoşbəxt eləsin. Dərdi verən də Allahdır, alan da. Onun işini heç kim bilməz. Allah səni o bir balana bağışlasın".teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31