"Əlləyirsən sən, ay molla" — +18 şeir yazan qadından AÇIQLAMA

Sosial şəbəkədə özünü şair kimi təqdim edən Ziba Hüseynova adlı qadının kitabı müzakirə mövzusuna çevrilib. Ən diqqətçəkən məqam isə qadının şeirlərindən birində +18 ifadələrdən istifadə etməsidir.  Z.Hüseynova əməkdaşımızla söhbətində şeiri bir avam qadına həsr etdiyini bildirib: 

O şeiri özümə aid yazmamışam. "Facebook"da gördüm ki, bir qadın mollanın yanına gedib. Molla əvvəlcə nəsə oxuyur, sonra qadını özünə tərəf çəkib  əlləməyə başlayır. O qadın da avam adamdır. Həmin şeir də avam qadının dilindən yazılıb".

Qeyd edək ki, "Muğam mənim həyatımdır" adlı kitabda çoxlu sayda ciddi orfoqrafik səhvlər də var. 

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31