“Zamanın idarə olunması” mövzusunda seminar keçirilib
4 Oktyabr 2018 11:35 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Zamanın idarə olunması" mövzusunda seminar keçirib. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
Aİİ rektoru Ceyhun Məmmədov dövlət-din münasibətlərindən danışıb, bu siyasətin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda Prezident İlham Əliyevvə Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib. Aİİ-də maarifləndirmə məqsədiləmütəmadi olaraq müxtəlif seminarların təşkil edildiyini söyləyən rektor mövzunun əhəmiyyətinə toxunub. Aİİ rektoru gəncliyin cəmiyyətin aparıcı qüvvəsi olduğunu, inkişafın yalnız yüksək elm, təhsil, qabiliyyət və bacarıqla əldə edilə biləcəyini, bunun isə zamandan düzgün yararlanmaqla mümkün olduğunu deyib.
Sonra "Zamanın idarə olunması" mövzusunda məruzə dinlənilib. Məruzəni peşəkar idarəçi, biznes məsləhətçisi, motivasiyaverici spiker, bir çox ölkələrdə təlim, konfrans və seminarların iştirakçısı olmuş Fəxri Ağayev təqdim edib. Məruzədə insana doğulduğu andan etibarən iki növ sərmayənin verildiyi, bunların sağlamlıq və zamandan ibarət olduğu qeyd edilib.